Putin vurulan Azərbaycan təyyarəsi ilə bağlı açıqlama verməyəcək – Peskov

Fevralın 7-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulması ilə bağlı xəbəri şərh etmək niyyətində deyil.

Peskov 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasını nəzərdə tutur.  “Azərbaycan Hava Yolları”nın təyyarəsi Bakı-Qrozno reysi həyata keçirirdi. Rusiya hava məkanında təyyarə ilə əlaqə kəsilib, ekipaj kursunu dəyişib, Xəzər dənizi üzərində uçub və Qazaxıstanın Aktau hava limanında təcili eniş etməyə cəhd edib. Pilotun səylərinə baxmayaraq, təyyarə yerə çırpılaraq bir neçə hissəyə parçalanıb və toqquşma nəticəsində partlayış baş verib. Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot, 26 sərnişin və 3 ekipaj üzvü olmaqla 38 nəfər həlak olub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

USAID əməkdaşları Trampı məhkəməyə verib

Növbəti Məqalə

Kobaxidze Avropa Şurasının baş katibinin işçi qrupuna qoşulmaqdan imtina edib

Oxşar Xəbərlər