Putinin dostlarının yarpaq tökümü davam edir

Serbiyada 3 aydır davam edən hökumət əleyhinə kütləvi mitinqlər ilkin böyük nəticəsini verdi. Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verdi. Xatırladım ki, Serbiyada parlamentar idarəetmə sistemi mövcuddur. Dünya Serbiyanın lideri olaraq prezident Vuçuçi tanısa da baş nazir də real səlahiyyətlərə malikdir. Üstəlik, indi isrefaya gedən baş nazir Miloş Vuçeviç Serbiyada iqtidar partiyası olan Serbiya Proqressiv partiyasının sədridir. Prezident Vuçiç bu partiyanın sədri vəzifəsindən istefa verdikdən sonra Miloş Vuçeviç sədr seçilib. Serbiya Proqressiv partiyası Putinin Vahid Rusiya partiyası ilə əməkdaşlıq sazişi imzalamış partiyadır.

Serbiya tələbə hərəkatının istefaya göndərdiyi Vuçeviç Serbiyada prezident Vuçiçdən sonra ən səlahiyyətli şəxs idi. Onun istefası Vuçiçin özünə və iqtidar partiyasına da ciddi zərbədir.

Xatırladırıq ki, Serbiyada tələbələrin başladığı və sonradan müxalifətin də qoşulduğu mitinqlər 3 aydır ki, hər gün davam edir. Mitinqçilər bütövlükdə Serbiya hakimiyyətinin o cümlədən prezident Vuçiçin də istefasını tələb edir. Etiraz hərəkatının əsas tələbləri korrupsiya ilə əlaqəli olsa da Vuçiçin Rusiya prezidenti Putinlə yaxın münasibətləri də etirazları artırır.

Putinlə yaxınlıq artıq digər ölkələrin rəhbərlərinə təminat vermir, əksinə onların çiynində ağır yükə çevrilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

NATO Rusiyanın RHEINMETALL istehsal menecerinə hücum planlaşdırdığını təsdiqləyib

Növbəti Məqalə

Xüsusilə külli miqdarda rüsumsuz siqaret saxlamaq faktı – 2 nəfər tutulub

Oxşar Xəbərlər