Qərb Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir – Əliyev

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib.

İlham Əliyev Gürcüstanı Qərbin apardığı “Qafqaz uğrunda döyüşdə mühüm amil” adlandırıb.

Əliyevin sözlərinə görə, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır.

“Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir”, – Əliyev müsahibəsində bildirib.

Əliyev Qərb dövlətlərinin Gürcüstanda daxili proseslərə əhəmiyyətli xarici təsirindən də danışıb, xaricdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyətini qeyd edib.

O, Rusiyanın USAİD-in fəaliyyətini qadağan etmək qərarını da təsdiqləyib.

“Yenə də xarici təsirlərə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamlar, bəlkə də, on minlərlədir. Amma biz bunu tənzimləmişik. Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz. Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev qeyd edib.

İlham Əliyev müsahibəsində həmçinin bildirib ki, COP29 zamanı Azərbaycanın üzləşdiyi əsas çətinlik zamanın azlığı olub.

Azərbaycan cəmi 11 ayın içində bu nəhəng tədbirə hazırlaşıb.

Əliyev Qərb KİV-lərində Azərbaycanla bağlı gedən xəbərlərə də reaksiya verib:

“”The Washington Post”, “The New York Times”, “Le Figaro”, “Le Monde” – yalançı dördlük hər gün Azərbaycana qarşı məqalələr yayımlayıb. Bu xəbərlər bizə çətinlik yaratmadı. Bu cür xəbərlər sadəcə ikrah hissi yaradır”, – Prezident deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Üçüncü sektor yalançı şahid polislərin siyahısını dərc edir

Növbəti Məqalə

Reuters: Dəməşq yaxınlığında azı 100 min insanın dəfn edildiyi məzarlıq aşkar edilib

Oxşar Xəbərlər