Qardabani bələdiyyəsinin Qaçıani kəndində odlu silahdan açılan atəş nəticəsində 1 nəfər həlak olub.
“İnfo Rustavi” xəbər verir ki, masa arxasında bir neçə nəfər olub, onlardan biri odlu silahdan atəş açıb, nəticədə gənc oğlan yaralanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı 1 nəfər tutulub. İstintaq Cinayət Məcəlləsinin 116 – Ehtiyatsızlıqdan adam öldürmə və 236 – Qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə maddələri ilə aparılır.