“Rusiyanın Gürcüstanın vəhşi təcavüzünə qəti və tam adekvat reaksiyası Qərbin NATO-nun Qafqazda irəliləməsi ilə bağlı planlarını alt-üst etdi”
Neytral.ge xəbər verir ki, bu barədə işğal olunmuş Çxinvali vilayətinin marionet lideri Alan Qaqloyev TASS-a bildirib.
“Rusiya hökumətinin tarixi qərarı – Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə əldə edilən əsas uğur respublika sakinləri üçün sülhün və təhlükəsizliyin təmin edilməsidir. Cənubi Osetiya məhv olmaq təhlükəsindən xilas oldu və dinc inkişaf imkanı əldə etdi. Hər gün dinc əhalinin ölümü, terror aktları, bombardmanlar, dağıntılar, blokada – bütün bu dəhşətlər keçmişdə qalıb. Rusiyanın Gürcüstanın vəhşi təcavüzünə qəti və tam adekvat reaksiyası Qərbin NATO-nun Qafqazda irəliləməsi ilə bağlı planlarını alt-üst etdi. Gürcüstan öz dərsini alıb, ona görə də xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyaya qarşı “ikinci cəbhə” açmaqdan çəkindi”, – Qaqloyev qeyd edib.