Qara dəniz ekoloji təhlükə altındadır, 2 rus tankeri Kerçdən 8 km aralıda batıb

Rusiyanın iki tankeri “Volqoneft-212” və “Volqoneft-239” Qara dənizdə, Kerç sahilindən 8 kilometr aralıda batıb.

Son məlumata görə, “Volqoneft-212” ortadan qırılıb, fəlakət nəticəsində 4300 ton mazut dənizə düşüb.

Sonradan məlum olub ki, Qara dəniz akvatoriyasında daha bir Rusiya tankeri olan Volqoneft-239 dalğa ilə toqquşması nəticəsində batıb. Tanker 4000 ton mazut daşıyırdı.

Fəlakət zamanı iki gəmidə 27 ekipaj üzvü olub və onların xilas edilməsi üçün xilasetmə əməliyyatı aparılır. İndiyədək 8 dənizçi helikopterin köməyi ilə təxliyə edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qeqelia: Litva da Kobaxidzeyə sanksiya qoyur

Növbəti Məqalə

Rusiya Gürcüstanda məğlub olmalıdır! – Məcburi köçkünlər etiraz aksiyası keçirirlər

Oxşar Xəbərlər