Qaribaşvili hara yoxa çıxdı?

İrakli Qaribaşvili niyə öz partiyasının siyasi elitasından uzaqlaşıb? İki dəfə devrilmiş keçmiş baş nazir ictimai çıxışlardan yayınır. Hakim partiyanın sədri faktiki olaraq yoxa çıxıb və dövlət siyasətinin qurulması tamamilə hazırkı baş nazirin klanına verilib.

Neytral.ge Mtavari arxi-yə istinadən xəbər verir ki, buna səbəb Kobaxidze ilə Qaribaşvili arasında seçkilər öncəsi daha da kəskinləşən bitib-tükənməyən münaqişədir, baxmayaraq ki, keçmiş baş nazir oliqarxa qarşı çıxmağa cürət etmir.

İrakli Qaribaşvili sonuncu dəfə avqustun 8-də həyat yoldaşı ilə Muxatqvedi qardaşları qəbiristanlığında ictimaiyyət qarşısına çıxıb. O, “Gürcü Arzusu”nun digər nümayəndələri ilə birlikdə qəbiristanlığa gəlməyib.

Qaribaşvilinin kadrı sayılan keçmiş müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, o, Gürcüstandadır, ancaq Qaribaşvilini son bir neçə gündür ki, görməyib. O, hər hansı mübahisəni təkzib edir və keşmiş baş nazirin “tezliklə görünəcəyini ” qeyd edir.

“Gürcü arzusu”nun üzvü İrkli Kadagişvili qeyd edir ki, Qaribaşvili seçkiqabağı kampaniyada fəal iştirak edəcək və “hər şey öz qaydasında olacaq”.

Qeyd edək ki, “Gürcü arzusu” regionlarda seçkiqabağı görüşlərə Mtsxetadan başlayır. Partiya sədrinin ora gəlib-gəlməyəcəyi hələlik məlum deyil.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Hakim Eka Areşidze „Gürcü arzusu”na: Xorava küçəsində baş vermiş cinayət işi ilə bağlı spekulyasiyalar əxlaqsızlıqdır

Növbəti Məqalə

Konstitusiya Məhkəməsi xarici agentlər haqqında qanunla bağlı iddiaya baxacaq

Oxşar Xəbərlər