“Gürcü Arzusu”nun qanun layihəsinə görə, qatar təyinat yerinə gec çatarsa, sərnişinlər təzminat alacaqlar.
“Qanun layihəsinə əsasən, qatar təyinat məntəqəsinə gec çatarsa, sərnişinlərə kompensasiyanın ödənilməsi öhdəliyi nəzərdə tutulub. 60 dəqiqədən 120 dəqiqəyə qədər gecikmə zamanı biletin qiymətinin 25%-i qədər – 120 dəqiqə və daha çox müddətə biletin qiymətinin 50%-i qədər”. – İvanişvilinin iqtisadiyyat nazirinin müavini Quram Quramişvili qanun layihəsinin parlamentə təqdimatı zamanı bildirib.
Bu gün İvanişvili parlamentinin İnsan hüquqlarının müdafiəsi komitəsinin iclasında Gürcüstanın Dəmir Yolları Məcəlləsinə dəyişikliklər müzakirə edilib və 1-ci oxunuşda dəstəklənib.