Qaxariya – Gürcüstan Naminə – Mzia Amaglobeli təcili olaraq xəstəxanaya köçürülməlidir

“Qaxariya-Gürcüstan naminə” partiyası Mzia Amaqlobelinin xəstəxanaya yerləşdirilməsini tələb edir. Bunu partiyanın siyasi şurasının üzvü Tata Xvedeliani deyib.

“Səhiyyə və Ədliyyə nazirlərinə müraciət edirik: Mzia Amaqlobelini təcili xəstəxanaya aparın və onun vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verin. Biz “Gürcü arzusu” adlı qondarma hökumətə müraciət edirik: Mzia Amaqlobelinin və bütün vicdan məhbuslarının azad olunmasını tələb edirik. Hazırda İvanişvilinin girovluğunda olanlar qeyd-şərtsiz azad edilsin”. – Xvedeliani partiya ofisində keçirilən brifinqdə bildirib.

“Qaxaria-Gürcüstan naminə” bəyan edir ki, Mzia Amaglobeli qanunsuz məhbusdur və ona qarşı cinayət təqibi ədalətsiz və qeyri-mütənasibdir.

Netgazeti və Batumelebi-nin qurucusu Mzia Amaglobeli 17-ci gündür həbsxanada aclıq aksiyası keçirir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstanda seçkilər saxtalaşdırılmayıb – Tea Tsulukiani Avropa Şurasının sessiyasında

Növbəti Məqalə

Batumi İncəsənət Universitetinin dekanı və 3 tələbəsi azaddır

Oxşar Xəbərlər