“Qaxariya-Gürcüstan naminə” partiyası Mzia Amaqlobelinin xəstəxanaya yerləşdirilməsini tələb edir. Bunu partiyanın siyasi şurasının üzvü Tata Xvedeliani deyib.
“Səhiyyə və Ədliyyə nazirlərinə müraciət edirik: Mzia Amaqlobelini təcili xəstəxanaya aparın və onun vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verin. Biz “Gürcü arzusu” adlı qondarma hökumətə müraciət edirik: Mzia Amaqlobelinin və bütün vicdan məhbuslarının azad olunmasını tələb edirik. Hazırda İvanişvilinin girovluğunda olanlar qeyd-şərtsiz azad edilsin”. – Xvedeliani partiya ofisində keçirilən brifinqdə bildirib.
“Qaxaria-Gürcüstan naminə” bəyan edir ki, Mzia Amaglobeli qanunsuz məhbusdur və ona qarşı cinayət təqibi ədalətsiz və qeyri-mütənasibdir.
Netgazeti və Batumelebi-nin qurucusu Mzia Amaglobeli 17-ci gündür həbsxanada aclıq aksiyası keçirir.