Qaxariya partiyasının yaydığı banner rejimin təbliğatının surətidir – Xazaradze

“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin sözlərinə görə, “Qaxariya” partiyasının üzvlərinin sosial şəbəkələrdə yaydıqları pankartlar “Gürcü arzusu”nun böhtan xarakterli təbliğatının surətidir və o, Qaxariyadan bu “anlaşılmazlığın” izahına ümid edir.

“Qorqi Qaxariyanın partiyası tərəfindən yayılan bugünkü pankart uzun müddət mənə və “Lelo”ya qarşı mübarizə aparan “Gürcü arzusu”nun böhtan xarakterli təbliğatının birbaşa surətidir.

Ən azından ümid edirdim ki, bu anlaşılmazlığa bir izahat tapacaqsınız, ya da heç olmasa bizdən üzr istəyəcəkdiniz… İndi əminəm ki, siz qəsdən bizə hücum etdiniz, elə deyilsə yanıldığımı deyin və izah edin!” – Xazaradze yazıb.

Məlumat üçün bildirək ki, İvanişvili parlamentinin fevralın 5-də keçirilən plenar iclasında müxalifətdən olan 49 deputatın səlahiyyətlərinə xitam verildikdən sonra “Gürcü arzusu” nümayəndələri sosial şəbəkələrdə “49 nasist parlamentdən qovuldu” yazısı olan bannerlər yaymışdılar, bundan sonra sözügedən bannerin fotosunu „Gürcüstan Naminə” Partiyasının üzvlərinin əlavə etdiyi “89 nasist qaldi” yazısı olan şəkili yayıblar.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Co Vilson: “Sanksiyalar gəlir”

Növbəti Məqalə

Kobaxidze ABŞ səfirliyini gürcü xalqına qarşı fəaliyyət göstərməkdə ittiham edir

Oxşar Xəbərlər