“Gürcüstan naminə” partiyasının üzvü Natia Mezvrişvili əmindir ki. Qaxariya və Zurabişviliyə hücum İvanişvili tərəfindən sifariş edilib. Siyasətçi hesab edir ki, buna səbəb oliqarxı qəzəbləndirən Münhenə uğurlu səfər olub.
“Qaxariya və Zurabişvili məsələsində bu, İvanişvilinin verdiyi sərəncam idi. Bütün bunlar Münhenə çox uğurlu səfərdən sonra baş verdi, burada heç kim qeyri-legitim hökumətlə danışmır və görünür, bu, İvanişviliyə çox təsir edib. Biz istintaqda üzərimizə düşəni etdik və bütün izlər İvanişviliyə aparır” – Mezvrişvili deyir.