“Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxaria Estoniyanın xarici işlər naziri ilə görüşüb. Bu barədə müxalifət lideri sosial şəbəkədə yazır və Marqus Tsahkna ilə birgə çəkilmiş şəklini dərc edir.
Qaxariyanın sözlərinə görə, o, Estoniyanın xarici işlər naziri ilə Gürcüstandakı siyasi böhranla bağlı danışıb.
“Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşdüm, onunla Estoniyanın Gürcüstanın suverenliyinin qorunmasına göstərdiyi sarsılmaz dəstəyə və Rusiyanın işğal olunmuş Abxaziyada qeyri-qanuni “seçkilər”ə qarşı göstərdiyi aydın mövqeyə görə minnətdarlığımı bildirdim.
Biz Gürcüstanın siyasi böhranını və onun regional təhlükəsizliyə təsirini müzakirə etdik. Nazirə izah etdim ki, davamlı etirazın 80-ci günündə Tbilisi küçələri ilk növbədə qanunsuz məhbusların azad edilməsini tələb edən Gürcüstan vətəndaşları ilə doludur.
Gürcü xalqının Avropa gələcəyi uğrunda mübarizədə Estoniyanın dəstəyi həmişə vacibdir – Qiorqi Qaxaria yazır.