Qiorqi Vaşadze: “Biz heç vaxt azadlıq və vətən sevgisinə görə üzr istəməyəcəyik”

“Bidzina və onun klanı öz hakimiyyətini saxlamaq üçün ölkənin şərəfini satırlar”.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Birlik-Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Vaşadze Tbilisi meri Kaxa Kaladzenin bəyanatına belə cavab verir.

Onun sözlərinə görə, oktyabrın 26-da keçiriləcək seçkilər ölkəni xilas etmək və müstəqilliyini qoruyub saxlamaq üçün son şansdır.

“Bidzina və onun klanı öz hakimiyyətlərini saxlamaq üçün ölkənin şərəfini satırlar. Azadlıq və vətən sevgimizə görə heç vaxt üzr istəmərik. Hər gün daha çox çökən hakimiyyət bizə ancaq yoxsulluq və təcrid vəd edir. Odur ki, oktyabrın 26-da keçiriləcək seçkilər Gürcüstanın müstəqil, Aİ-yə üzv dövlət olması üçün son şansdır ki, burada Avropa imtiyazları hər bir gürcü ailəsinə təsir edəcək.

Biz birlikdə olanda qalib gəlirik!”, – Qiorqi Vaşadze bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qaribaşvilidən sonra Kobaxidze-Kobaxidzenin ailə üzvlərinin Amerika səfərini kim maliyyələşdirib?

Növbəti Məqalə

2025-ci ildə kimlərin əmək haqqları artacaq? – Siyahı

Oxşar Xəbərlər