“Ölkəmizdə Dövlət Təhlükəsizlik Xidməti 26 oktyabr tarixindən sonra ləğv ediləcək – bununla bağlı bütün müxalifət partiyaları ilə razılığa gəlib müqavilə imzalamışıq ki, biz Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edirik”.
Neytral.ge xəbər verir ki, bu sözləri “Birlik – Milli Hərəkət” partiyasının lideri Qiorqi Vaşadze jurnalistlərə DTX-nın müvafiq bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.
Müxalif lider qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti Sovetlər dövründə mövcud “KQB”nin mirasır variantıdır.
“Gürcüstanın hakim partiyasına daha hansı ifşa etmə lazımdır? Amerika, Avropa, Almaniya, Fransa, Britaniya – onunla münasibətləri hamı kəsib. İndi məğlub olurlar və min bir absurd uydururlar. Suallar verək – Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanda nə edir? Biləsiniz ki, sizi də nəzarət altında saxlayırlar, yalnız bizi deyil. Dövlət Təhlükəsizlik Xidməti bu ölkədə 26 oktyabr tarixindən sonra ləğv ediləcək, artıq mövcud olmayacaq. Yalnız kəşfiyyat xidməti, əks-kəşfiyyat xidməti, antiterror xidməti işinə davam edəcək. Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın KQB variantıdır. Əminəm ki, hazırda bizim ətrafımızda şəkillər çəkirlər. O, artıq mövcud olmayacaq. Dövlətyönlü telekanalının nümayəndələri – bilin ki, siz də dinlənilirsiniz. Bütün müxalifət partiyaları ilə razılığa gəlib müqavilə imzalamışıq ki, biz bu ölkədə Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edəcəyik”, – deyə Qiorqi Vaşadze bildirib.
Xatırladaq ki, bu gün DTX-nin bəyanatında qeyd olunub ki, əldə edilən məlumata görə müxalif siyasi dairələrlə əlaqəli qruplar, Gürcüstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində süni intellekt və digər müasir texnologiyalardan istifadə edərək montaj olunmuş, saxta video və audio yazıların yayılmasını planlaşdırırlar.