Seçkilərin nəticələri ilə bağlı nə qədər ki, cəmiyyətimizin bir hissəsində etiraz hissi var, aksiya dayanmayacaq – Qiqi Tsereteli
Demək olar ki, hər gün müxtəlif tipli aksiyaların şahidi oluruq və oktyabrın 26-da keçirilən seçkilərin nəticələri və keçirilən əməliyyatla bağlı cəmiyyətimizin əhəmiyyətli bir hissəsində nə qədər ki, etiraz hissi var, bu proses dayanmayacaq”. – “ Birlik – Milli Hərəkatının” lideri Qiqi Tsereteli bugünkü mitinqlə bağlı deyib.
Onun sözlərinə görə, bugünkü aksiya təkcə müxalifət partiyalarında deyil, həm də cəmiyyətin əksər hissəsində olan etiraz əhval-ruhiyyəsinin nümayişi olacaq.