Qızılhacılı hadisələri ilə bağlı Azad Kərimov nələr söylədi?

Bildiyiniz kimi 26 oktyabr tarixində ölkəmizdə parlament seçkiləri keçirildi və hakim partiya (saxtalıqla və zorakılıqla) qələbə qazandıqlarını bəyan etdilər.

Bu seçkilərdə Marneulinin 74-cü seçki məntəqəsində nələr baş verdi? Azad Kərimov kimlər tərəfindən fiziki zorakılığa məruz qaldı? Həmin hadisədə iştrak edən, cinayyət törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən instintaqa cəld ediliblərmi? – Butün bu suallara Azad Kərimovun özü cavab verir.

„VHM partiyasının üzvləri səhər saatlarından məntəqələrdəki saxtakarlığın qarşısını almağa doğru butun resusları istifadə etdi, nümayəndələr məntəqə-məntəqə gəzməyə başladı. Bunu görən „Gürcü arzusu” Marneulidə artıq sonlarının gəldiyni hiss etdilər. Onların nümayəndələri Qızilhacılıda təxribata əl atdılar. Qeyri hökümət təşkilatının nümayəndələri və VMH kamisiya üzvlərini zorla məntəqədən çıxarmağa calışdılar. Bundan xəbər tutduq və hadisə yerinə 74-cü məntəqəyə getdik. Məsələni aydınlaşdırmaq istədik və orada „Gürcü arzusu”nun üzvləri tərəfindən hazırlanmis ssenarini gördük və hadisə yerinə polis çagirdiq. Bundan xəbər tutan Qızılhacılının majoritar deputatı Ceyhun Çovdarov öz 25-30 nəfərlik dəstəsi ilə 74 -cü məntəqəyə gəldi. O, „siz terroristsiniz, bura nə ixtiyarla gəlmisiniz” dedi. Ceyhun Çovdarova ədəbi danişmağı məsləhət gördüm və müşahidəçinin zorla məntəqədən çıxarıldığını dedim. Qeyd etdim ki, polisə xəbər verilib, polis gəlib hər şeyi aydinlaşdiracaq. Vurğuladım ki, biz terrorist deyilik, vətənini sevən vətəndaşlarıq. O, məntəqəni şəxsi əmlakına çevirib, orada saxtalığin qarşısını aldiğmıza görə bizimlə aqresif şəkildə danışırdı, bizə qarşı nəlayiq sözlər işlətdi. Mənə „Sən bura gəlməməlisən, bura mənim kəndimdir” deyə bərk səslə dedi. Ancaq bir şeyi unutdu ki, məntəqə xalqın öz gələcəyni, ölkənin gələcəyni, vətəndaşların azad seçim yeridir. Bundan sonra Çovdarov mobil telefonunu çıxarıb kiməsə zəng vurdu. Gürcü dilində bir təhər, zorla kimisə başa salırdi ki, terroristlər məntəqəyə gəlib, VMH-ın nümayəndələri buradadirlar və biz hec bir iş görə bilmirik. O, mobil telefonunu söndürdü, bir başa mənim üstümə gəlib və mənə „sən niyə dalaşmırsan” dedi. Mən ona səbrlə cavab verdim ki, polisə zəng edilib, burada nəyə görə dalaşmalıyiq, bu seçki 26 oktyabrda bitəcək. O, öz zorakı dəstəsi ilə mənim dörd tərəfimi mühasirəyə almışdı, məni təxribata çəkmək istəsə də bu alınmadı. Bunu gördükdə o, mənə gözlənilmədən güc tədbiq etdi, 15 nəfərlə mənə zərbələr endirməyə başladılar. Mən burun və üzümdən xəsarətlər aldım, əllərindəki naməlum dəmir alətlə vururdular. 30 dəqiqə idi ki, 112 yə zəng etmişdim, amma polis gəlməmişdi. Nədənsə mən vurulduqdan, döyüldükdən sonra polis və təcili tibbi yardim 5 dəqiqəyə hadisə yerinə gəldi və məni xəstəxanaya apardılar.

Orada bu hadisədə istrak edənlər, mənə qarşı şiddətli zorakılıq göstərən hər bir kəs gec-tez öz cəzasını ən sərt şəkildə alacaqlar. Təəssüflər olsun ki, bu günə qədər hadisə ilə baglı heç kim intsintaqa cəlb edilməyib, hüquq-mühafizə orqanlarına nə umidim, nə də inamım yoxdur, onlar „Gürcü arzusu”nun nümayəndələrinə qarşı heç bir şey edən deyillər. Ümidvaram ki, gələcək addımlarımız, xalqın iradəsi və istəyi ölkəmizi bu saxtakar hakimiyyətdən azad edəcək və hər kəs layiq oldüğünu alacaq” – VMH partiyasının Marneuli qərargah rəhbəri Azad Kərimov bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Buadze: İvanişvili rejimi ölkəni bataqlığa aparır

Növbəti Məqalə

Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldi

Oxşar Xəbərlər