Gürcülərin ürəyi Avropaya həsrət qalıb. Küçə və meydanlarda gənclər azadlıq və ləyaqət simvolu kimi Aİ bayraqlarını dalğalandırırlar. Biz onların yanında olmalıyıq. Gürcü demokratları bizdən gürcü demokratiyasına xələl gətirən oliqarxlara qarşı daha sərt davranacağımızı gözləyirlər. Biz açıq şəkildə deməliyik ki, Kremllə sövdələşmək və Avropaya yaxınlaşmaq mümkün deyil. Antidemokratik qanunları irəli sürməyə davam edib Avropaya yaxınlaşmaq mümkün deyil, Saakaşvilini əbədi olaraq həbs edib Avropaya yaxınlaşmaq mümkün deyil. Səhv seçilmiş adı “Gürcü arzusu” olan partiya Gürcüstanı rus kabusuna qaytarmaqla hədələyir. Avropa Birliyi səsini ucaltmalı və gürcü demokratlarının yanında olmalıdır
Bunu Avropa Parlamentində Gürcüstan məsələsinin müzakirəsi zamanı fransalı deputat Rafael Qluksman deyib.