“Yorulduq, yenə gələcəyik” – Qoriyə zirehli akvariumla gələn oliqarxı insanlar qarşılayıb
Qoriyə zirehli akvariumla gələn oliqarx insanların əhatəsində olub. Oliqarxın çıxışı başlamamış vətəndaşların əksəriyyəti görüş yerini tərk edib. Onların bəziləri dövlət xidmətlərində çalışdıqlarını və əsasən Kareli və Xaşuridən gəldiklərini gizlətməyiblər.
„Yorulduq, dincələcəyik, qayıdacayıq… tez gəldik, məktəbdə işləyirəm, – dövlət qulluqçusu deyir.
„Gözləyirik, yenə gələcəyik”, – başqa bir vətəndaş deyir.
„Mən Şida Kartlidənəm, Kareli rayonu, Dirbi kəndindən, məktəbdə işləyirəm – vətəndaş deyir.
Neytral.ge xəbər verir ki, Bidzina İvanişvili dünən Qoriyə gəlib. Bundan əvvəl üç günlük hazırlıq gedirdi.