Qremi: Bütün müttəfiqlər, ICC-yə kömək etməyə çalışsanız, sizə sanksiya tədbiq ediləcək

ABŞ-ın respublikaçı senatoru Lindsi Qremi-nin sözlərinə görə, ABŞ müttəfiq ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantiyə qarşı çıxardığı həbs qərarını icra etməyə çalışsalar, onlara qarşı sanksiyalar tətbiq edəcək.

“İstənilən müttəfiq, Kanada, İngiltərə, Almaniya, Fransa, əgər İCC-yə kömək etməyə çalışsanız, sizə sanksiya tədbiq edəcəyik” – Qremi Fox News-a müsahibəsində deyib.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilərək həbs qərarı çıxarıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü Arzusu” Parlamentin ilk iclasını sabah saat 12:00-a təyin edib

Növbəti Məqalə

Hazırda Rustaveli prospektində səs-küy var

Oxşar Xəbərlər