Qurcanidə 3 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib
Qurcanidə 3 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib – məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyir.
Neytral.ge xəbər verir ki, qətl hadisəsi dünən, avqustun 28-də rayonun Axaşen kəndində baş verib.
Əldə olan məlumata görə, Zviad Zurabaşvili qısqanclıq zəminində həyat yoldaşını və iki uşaqlıq dostunu odlu silahla qətlə yetirib.
Pikria Tuqulaşvili və Malxaz Mamisaşvilinin cəsədlərinin təsadüfən qonşusu tərəfindən tapıldığı güman edilir. Həmçinin Zeqani kəndində tapılan Roin Kobiaşvili aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib.
Təqsirləndirilən şəxsin harada və hansı şəraitdə həbs olunduğu məlum deyil. Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.