Qurcanidə quduzluq halları qeydə alınıb

Neytral.ge xəbər verir ki, Qurcanidə quduzluq halları qeydə alınıb. Milli Qida Agentliyi Çalaubni və Melaani kəndindən xəstə itləri Qurcanidəki sahibsiz itlər üçün sığınacağa köçürüb.

Sığınacağın direktoru Temur Zavraşvilinin sözlərinə görə, xəstəlik ailələrdən birində yaşayan itdə aşkarlanıb və bundan sonra iki kənddən sığınacağa gətirilən 14 it ölüb.

“Sığınacaqda 20 günlük karantin elan etmişik. Quduzluq halları qeydə alınıb və ona görə də avqustun 30-dək bağlanacağıq. Faktlar qeydə alınan ailələr artıq quduzluğa qarşı peyvənd olunub, amma problem ondadır ki, Artıq 14 it ölüb və daha bir ölüm faktı qeydə alınarsa, biz karantini davam etdirməyə məcbur olacağıq”, – deyə Zavraşvili bildirib.

Keçən il Kaxeti bölgəsində yalnız bir neçə quduzluq hadisəsi qeydə alınıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bu, ən ağır zərbələrdən biri idi – Zelenski

Növbəti Məqalə

Putin Pavel Durovla görüşməyib

Oxşar Xəbərlər