Qvaramiyanın əməkdaşı VMH-nin namizədidir?

VMH partiyasından jurnalist Ceyhun Narzalovun parlament seçkilərində namizədliyinin irəli sürülməsi nə dərəcədə düzgün addımdır?

Nika Qvaramiyanın başçılıq etdiyi “Mtavari Arxi” telekanalının jurnalistinin Ceyhun Muhammədəlinin (Narzalov) 26 oktyabr parlament seçkilərinə VMH partiyasının namizədi kimi qatılacağı nə dərəcədə düzgün addımdır, illərdir bu partiyada fəaliyyətləri ilə, apardıqları mübarizələri ilə regionda fərqlənən, xalq içində sevilən və inam qazanan region liderləri, fəalları, ətraflarında bu insanları dəstəkləyənlərin VMH-in bu qərarına fikirləri necədir?

Neytral.ge xəbər portalına daxil olan məlumata əsasən, VMH-ın irəli sürdüyu namizəd regionun fəalları üçün qəbuledilməzdir. Onların dediklərinə görə, „regionda illərdir partiyanı təmsil edən, onun idealarını həyata keçirən, haqqsızlıqlarla mübarizə aparan, öz həyatlarını belə riskə atan kifayyət qədər layiqli şəxslər var. Onlarin hər biri partiyanın namizədi olmağa layiqdir. Bizi düzgün anlamağınızı istərdik, bizim Ceyhun ilə heç bir şəxsi problemimiz yoxdur, ona peşakar jurnalist kimi yüksək qiymət veririk, onunla dostluğumuzda var”

Neytral.ge -nin əməkdaşı bu məsələ ilə bağlı VMH partiyasının liderləri ilə əlaqə saxlamağa çalışdı. Ancaq təəssüflər olsun ki, onlardan yalnız biri, Dimitri Şaşkin cavab olaraq yazdı: „Salam, mən Marneulinin aparat rəhbəriyəm, siyahı ilə bağlı məlumatım yoxdur. Siyahının üzvlərini siyahı dərc olunan kimi biləcəksiniz”. Diğər partiya liderləri, Tina Bokuçava, Davit Kirkitadze, Levan Xabeişvili hələ də əməkdaşımızın nə zənginə, nə də sms-nə cavab verməyiblər. Əməkdaşımız onlarla əlaqə saxlamağa davam edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qaxariya: Xazaradze mövqeləri razılaşdırmaq üçün daha bir gün vaxt istədi

Növbəti Məqalə

Marneulidə iki gündür yaşlı qadın küçədə yatır – dövlət qurumları göz yumur

Oxşar Xəbərlər