WP: Ramştayn görüşündə Ukraynaya NATO-ya daxil olmaq üçün daha konkret plan təqdim olunacaq.
“The Washington Post”un yazdığına görə, Ramştayn görüşü çərçivəsində müttəfiqlərin Ukraynanı dəstəkləmək, xüsusən də NATO-ya üzv olmaq üçün yeni addımlar atacağı gözlənilir.
Gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Ramştayn şəhərində Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında növbəti dəfə “Qələbə Planı”nı təqdim edəcək. İclasda Ukraynanın müttəfiq ölkələrinin liderləri, o cümlədən Co Bayden iştirak edəcək.