Wildberries atışmasından sonra Çeçenistan lideri niyə susur?
Ramzan Kadırov və onu müşayiət edən şəxslər bir həftədir ki, Moskvanın mərkəzində, Kremlin yaxınlığındakı “Wildberries” şirkətinin ofisində baş verən və iki nəfərin həyatına son qoyan silahlı qarşıdurma barədə heç nə demir. Atışma nəticəsində şirkətin əslən İnquşetiyadan olan iki mühafizəçisi həlak olub.
Şimali Qafqazlılar, o cümlədən Kadırovçular Wildberries ofisində münaqişəyə cəlb edilib. Münaqişənin səbəbi Rusiyanın Amazon kimi tanınan Wildberries şirkətinin təsisçisi Tatyana Bakalçuk və onun əri Vladislav Bakalçuk arasında ailə və biznes münaqişəsi olub, hansında ki, Vladimir Putin, Ramzan Kadırov və Dağıstanlı oliqarx Süleyman Kərimovun birbaşa və ya dolayısı ilə iştirak etmişdir.