Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov altıncı vəzifəyə təyin edilib.
Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib. Cəmi üç həftə əvvəl o, Çeçenistan Daxili İşlər Nazirliyinin departamentinin kuratoru oldu.
O, həmçinin Putin adına “Xüsusi Qüvvələr Universitetinin” kuratorudur və Müdafiə Nazirliyinin iki batalyonuna, atası Ramzan Kadırovun təhlükəsizlik xidmətinə və Çeçenistan Daxili İşlər Nazirliyinin şöbəsinə rəhbərlik edir.