Vaşinqton müxbiri Aleks Raufoğlunun sözlərinə görə, Konqresin yüksək vəzifəli üzvlərindən ibarət ikipartiyalı qrup yanvar ayında yeni Konqresə MEGOBARI Aktını təqdim etməyi planlaşdırır. Raufoğlunun məlumatını anonim mənbələr təsdiqləyir.
“Konqresin yüksək vəzifəli üzvlərindən ibarət ikipartiyalı bir qrup yanvar ayında yeni Konqresə MEGOBARI Aktını yenidən təqdim etməyi planlaşdırır, məlumatı üç konqres mənbəsi bu gün mənə təsdiqləyib.
Qanun layihəsi Gürcüstanın demokratiyasına xələl gətirən şəxslərin cəzalandırılmasını tələb edir”, – deyə Raufoğlu X-də yazıb.
Məlumat üçün bildirək ki, bu ilin may ayında Respublikaçı Konqresmen və Helsinki Komissiyasının sədri Co Vilson tərəfindən hazırlanmış “MEGOBARI Aktı” Rusiya qanunlarını dəstəkləyən siyasətçilərə qarşı sanksiyaları, habelə hərbi və ticarət yardım paketini və vizanın liberallaşdırılmasını nəzərdə tutur. Qanun layihəsi ilk dəfə mayın 20-də elan edilib.