Bidzina İvanişvilinin “Birləşmiş Neytral Gürcüstan” peyk hərəkatı “siyasi sahəni casuslardan təmizləmək üçün” Prokurorluğa şikayət etdiyini elan edir.
Onlar bildiriblər ki, bəyanat “xronoloji olaraq hərəkətlər zəncirini təqdim edir, onların birləşməsi Gürcüstanın maraqlarını pozmağa yönəlib”.
İvanişvilinin peykləri Prokurorluqdan Cinayət Məcəlləsinin 309, 314, 315, 317, 318, 319, 321-ci maddələri ilə istintaqa başlamağı tələb edirlər.
“İllərdir cəmiyyət ölkəmizə qarşı koordinasiyalı hücumu izləyir. Bu hücumda həm xarici aktorlar, həm də müxalifətdə yerləşmiş xarici maraqları təşviq edənlər iştirak edir. Burada açıq şəkildə əlaqələndirilmiş bəyanatlar, hərəkətlər və Gürcüstanın maraqlarına zərər vuran ümumi strategiya var və Ölkəmizdən xarici maraqlar üçün istifadə cəhdləri də göz qabağındadır”.- İvanişvilinin peykləri yazır.
Məlumat üçün bildirək ki, “Gürcü arzusu” rejiminin sözçüləri – Vato Şakarişvili, Nana Kakabadze, Qela Nikolaişvili, Bidzina Qiorqobiani və Levan Nikolaişvili 2024-cü il iyulun 10-da “Birləşmiş Neytral Gürcüstan” ictimai hərəkatını təsis ediblər.