11 rejim məhbusu hələ də həbsdədir – növbəti məhkəmə prosesi martın 25-i saat 11:00-da olacaq.
Bu gün keçirilən prosesdə tərəflər sübutların qəbul edilməsini və şahidlərin siyahısını müzakirə ediblər. Müdafiə tərəfi ittiham tərəfinin sübutlarının qəbuledilməzliyini, ittiham tərəfi isə vəkillərin bəzi sübutlarının qəbuledilməzliyini istəyib.
Bu gün keçirilən iclasda hakim İrakli Şvanqiradze dəlillərin məqbulluğu ilə bağlı qərar qəbul etməyib.
Bugünkü məhkəmə prosesi yarımqapalı rejimdə keçirilib. İrakli Şvanqiradze vicdan məhbuslarının ailə üzvlərini məhkəmə prosesində iştirak etməyə qoymayıb. O, vəkillərin vəsatətini təmin etməyib və zalın qapısını ictimaiyyətin üzünə açmayıb.