Bu, azad dünyaya oyanış zəngi olmalıdır. Düşmənlərimiz əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün birgə çalışırlar. Gəlin etiraf edək: təcavüzkar oxu döyüş meydanında fəaliyyət göstərir.
Şimali Koreyanın təcavüzü Hind-Sakit okean regionunda olduğu kimi Avropada da təhlükəsizliyi pozur və biz təcili cavab verməliyik. Biz müdafiə sənayesi bazamızı canlandırmalıyıq və Ukraynaya, eləcə də Tayvan və İsrailə lazım olan alətləri verməliyik, yoxsa ABŞ qoşunlarını münaqişəyə göndərmək riski var.
Bayden-Harris administrasiyası həmçinin Şimali Koreyanın təcavüzünə şərait yaradan təcavüzkarlar oxunun iki sütunu olan Rusiya və Çinə tarifləri artırmağa başlamalıdır. Bizim boş yerə vaxtımız yoxdur. Dünya bizi izləyir.
Bu barədə Rusiyanın Şimali Koreya əsgərlərini Ukraynaya döyüşmək üçün göndərməsi ilə bağlı xəbərlərə cavab verən ABŞ respublikaçı senatoru Rocer Uikerin yaydığı bəyanatda deyilir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun sözlərinə görə, ABŞ hazırda Rusiyanın Kursk bölgəsində 8 min Şimali Koreya əsgərinin olduğu barədə məlumat alıb.