Anonimlik şərti ilə üç diplomatik mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Birləşmiş Ştatlar BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya təcavüzünün üç illiyini qeyd edən, Kiyevin ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə sponsorluğundan imtina edir.
Reuters xəbər verir ki, onların gördüyü qətnamə layihəsi “Rusiyanın təcavüzünü” pisləyir və “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə” sadiqliyini bir daha təsdiqləyir.
“Əvvəlki illərdə ABŞ Ukraynada ədalətli sülhü dəstəkləmək üçün ardıcıl olaraq oxşar qətnamələri dəstəkləyib.” – mənbələrdən biri deyib.
İkinci bir diplomatik mənbə qeyd edib ki, “indiki məqamda vəziyyət belədir ki, onlar [ABŞ] bunu imzalamayacaqlar”. Mənbənin sözlərinə görə, cəhd edilir ki, digər ölkələr, o cümlədən “Qlobal Cənub” dəstək göstərmək üçün səylər göstərsin.
ABŞ-ın Cenevrədəki BMT-dəki diplomatik missiyasının nümayəndəsi hələlik Reuters-in suallarını şərh etməyib.