Reuters: Kamala Harris prezidentlik kampaniyası başlayandan bəri 500 milyon dollar toplayıb
Reuters-in eksklüziv məlumatına görə, ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının 2024-cü il seçkilərində prezidentliyə namizədi Kamala Harris seçkiqabağı kampaniya çərçivəsində 500 milyon dollara yaxın pul toplayıb.
Məsələ ilə bağlı dörd mənbə Reuters agentliyinə bildirib ki, Harris bu rəqəmə iyulun 21-də seçkiqabağı təşviqatın başlamasından dörd həftə sonra çatıb.
ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərindən imtina etdikdən sonra Harris prezidentlik yarışına girdi və bu, seçicilərdən Kamala Harrisin namizədliyini dəstəkləmək üçün sürətli pul axınına səbəb oldu. O, namizədliyini elan etdikdən sonra ilk həftədə 200 milyon dollar toplayıb.