Reuters: Kamala Harris prezidentlik kampaniyası başlayandan bəri 500 milyon dollar toplayıb

Reuters: Kamala Harris prezidentlik kampaniyası başlayandan bəri 500 milyon dollar toplayıb

Reuters-in eksklüziv məlumatına görə, ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının 2024-cü il seçkilərində prezidentliyə namizədi Kamala Harris seçkiqabağı kampaniya çərçivəsində 500 milyon dollara yaxın pul toplayıb.

Məsələ ilə bağlı dörd mənbə Reuters agentliyinə bildirib ki, Harris bu rəqəmə iyulun 21-də seçkiqabağı təşviqatın başlamasından dörd həftə sonra çatıb.

ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərindən imtina etdikdən sonra Harris prezidentlik yarışına girdi və bu, seçicilərdən Kamala Harrisin namizədliyini dəstəkləmək üçün sürətli pul axınına səbəb oldu. O, namizədliyini elan etdikdən sonra ilk həftədə 200 milyon dollar toplayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bejaşvili: “Prokurorluq, məhkəmə və xüsusi xidmət orqanları İvanişvilinin partiyasını qoruyub saxlamağa xidmət edir”

Növbəti Məqalə

Hakim Eka Areşidze „Gürcü arzusu”na: Xorava küçəsində baş vermiş cinayət işi ilə bağlı spekulyasiyalar əxlaqsızlıqdır

Oxşar Xəbərlər