Neytral.ge xəbər verir ki, Rikoti şossesinin Zestafoni hissəsi yaxınlığında iki avtomobilin bir-biri ilə toqquşması nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb – məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Hadisə ilə bağlı 276-cı maddə ilə istintaq başlayıb.
Agentliyin məlumatına görə, hazırda nəqliyyatın hərəkəti bərpa olunub.