Robin Daniqan Maka Boçorişvili ilə görüşüb

რობინ დანიგანი და მაკა ბოჭორიშვილი

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Robin Daniqan Xarici İşlər Nazirliyinin binasında “Gürcü arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Nazirliyin mətbuat xidməti məlumat və fotoşəkillər yayır.

“Görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq gündəliyi müzakirə edilib və qeyd olunub ki, iki ölkə arasında ümumi dəyərlərə və maraqlara əsaslanan tərəfdaşlıq müsbət dinamika tələb edir və Gürcüstan hakimiyyəti buna hazır olduğunu dəfələrlə təsdiqləyib…

Görüşün sonunda tərəflər iki ölkənin strateji əməkdaşlığında irəliləyişə nail olmaq üçün fəal işləməyə hazır olduqlarını bildiriblər”, – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Daha sonra ABŞ-ın Gürcüstandakı səfirliyi də bu görüşlə bağlı məlumat yayıb:

“Bu gün səfir Daniqan xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb və prezident Trampın və dövlət katibi Rubionun əsas prioritetlərini, eləcə də Gürcüstanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yaxşılaşdırılmasına ciddi münasibətini göstərmək üçün ata biləcəyi addımları təqdim edib”.

Maka Boçorişvili 2024-cü il noyabrın 28-dən nazir postunu tutmasına baxmayaraq, indiyədək ABŞ səfiri onunla görüşməyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Milli Hərəkat”ın ofisi satılıb

Növbəti Məqalə

Tarixi addım – Tbilisi Ermənistan-Azərbaycan danışıqlarının başa çatmasını alqışlayır

Oxşar Xəbərlər