Roma Papası Fransisk Tramp və Harrisi tənqid edib, “daha az pisliyə” çağırıb
Neytral.ge xəbər verir ki, Roma Papası Fransisk 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən danışıb və birbaşa adlarını çəkmədən Respublikaçılar və Demokratlar Partiyasından prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisi tənqid edib. Bununla belə, Papa Fransisk seçkilərdə səs verməkdən imtinanı pisləyib və katolikləri “daha az pislik” seçməyə çağırıb.
“Səs verməmək bərabərsizlikdir. Yaxşı deyil. Səs verməlisən. Daha az pisliyi olanı seçməlisən. Hansı daha az pisdir? O xanım, yoxsa o bəy? Bilmirəm. Hər kəs öz vicdanına görə mühakimə etməlidir.” – Papa Fransisk bildirib.