Rott: Böyük sinizm və təkəbbürdur

Neytral.ge xəbər verir ki, ABŞ prezidentinin bəyanatı ilə bağlı „Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradzenin dediklərinə Bundestaqın xarici əlaqələr komitəsinin sədri Mixail Rot bir mənalı yanaşmayıb.

“Baydenin bəyanatını saxta seçkinin etirafı kimi şərh etmək böyük sinizm və təkəbbür tələb edir.

Bütün saxtakarlıq iddiaları müstəqil qurum tərəfindən araşdırılmalıdır”, – Bundestaqın xarici əlaqələr komitəsinin sədri Mixail Rot X-də yazıb.

Bu gün, oktyabrın 30-da “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin 26 oktyabr seçkiləri ilə bağlı bəyanatını “seçkilərin tənqidi tanınması” adlandırıb.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Co Bayden dünən, oktyabrın 29-da Gürcüstanda keçirilən 26 oktyabr parlament seçkilərində aşkarlanan qanun pozuntularına rəsmi açıqlama ilə cavab verib.

Bayden Gürcüstan hakimiyyətini seçkilərlə bağlı bütün pozuntuları, o cümlədən inzibati resurslardan sui-istifadə, seçicilərin hədə-qorxu və məcburiyyətini dərhal araşdırmağa və əsas insan azadlıqlarını məhdudlaşdıran qanunları, o cümlədən „Xarici Təsirlərə dair Şəffaflıq Aktını” ləğv etməyə çağırıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Helsinki Komissiyasının bəyanatı

Növbəti Məqalə

Prezident növbədənkənar brifinq təyin edib

Oxşar Xəbərlər