Rövşən İsgəndərov: Bu, müxalifətin təxribatı idi

Neytral.ge xəbər verir ki, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, seçkirərdə Sadaxlı kəndində 69 saylı məntəqədə saxtakarlıq edən Marneuli bələdiyyə Şurasının sədr müavini Rövşən İsgəndərov həbs edilməyib, onu yaşadığı ərazinin yaxınlığında görüblər.

Rövşən İsgəndərov sosial şəbəkədə seçki günü 69 saylı seçki məntəqəsində baş verən insidentə cavab verib:

„Hisslərimi saxlaya bilməyib hirslə bülletenləri əlindən götürüb qutuya qoydum. Yəni mənim məqsədim seçkiləri saxtalaşdırmaq cəhdi deyil, bu, müxalifətin yaxşı planlaşdırılmış təxribatı idi”. – Marneuli bələdiyyə Şurasının sədr müavini Rövşən İsgəndərov Sadaxlıdakı 69 saylı ərazidə baş verən hadisəyə münasibət bildirib.

Məlumat üçün bildiririk ki, oktyabrin 28-i parlamentin sədri Şalva Papuaşvili bəyan etmişdi ki, „Marneuli işində olan həmin adam həbs olunub və iş araşdırılır”. Ancaq real durum onu göstərir ki, İqtidarın xeyrinə törədilən cinayyətlər ört-basdır olunur, heç bir cinayyətkara qarşı ittihamlar və həbslər həyata keçirilmir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Avropa Komissiyasının hesabatında nə deyilir

Növbəti Məqalə

Dövlət ehtiyatları tarixi minimumdadır – Qotsiridze

Oxşar Xəbərlər