Azərbaycanın məşhur müğənnilərindən biri olan Roza Zərgərli Marneuliyə gəlir.
O, Marneuli sakinləri üçün 20 sentyabr tarixində keçiriləcək “Marneuli El Bayramı 2024” tədbirində çıxış edəcək.
Neytral.ge xəbər verir ki, bu xəbər sosial şəbəkələrdə Marneuli sakinləri tərəfindən birmənalı qarşılaşmayıb, əhalinin bir hissəsi bunu yersiz və lazımsız, bəziləri isə „Gürcü arzusu”nun sekçi öncəsi reklam kampaniyası kimi görür. Sakinləri ən çox maraqlandıran sual „şənliyin” xərcləri ilə bağlıdır.
Neytral.ge-nin əməkdaşı əhalini maraqlandıran sualı cavablandırmaq məqsədi ilə müğənni Roza Zərgərlinin prodüssoru ilə əlaqə saxladı. Ondan müğənninin Gürcüstanda iki saatlıq çıxışının neçəyə başa gələcəyini soruşdu. Əməkdaşımız özünü iş adamı, kiçik bisnessmen kimi təqdim etdi. Prodüssor bildirdi ki, iki saatlıq konsert 3 dən 4 min dollara qədər
başa gəlir, əlavə olaraq müğənninin ikitərəfli yol və başqa bütün xərcləri də ödənməlidir.
Bundan sonra biz hesablama etdik, xərləriin təxmini məbləği 10-15 min lari çıxdı. Bu yalnız bir müğənliyə xərclənən məbləğdi, bayramın digər xərcləri haqqda hələ demirik. Bölgədə kifayət qədər problemlər olduğu, əhalinin gündəlik qarşılaşdığı çətinliklərini nəzərə alsaq, əminliklə demək olar ki, Gürcüstan hakimiyyəti xalqın problemlərini nəzərə almır və bu şənlik isə yalnız seçki öncəsi bir reklam xarakteri daşıyır. Yerli büccədən bu qədər pulun „boş” yerə xərclənməsi, hakimiyyətə bəraət qazandırmır, əksinə, tənqidlə qarşılanır. Bir neçə ay əvvəl təbii fəlakət nəticəsində zərər çəkənlər, bu günə qədər kompensasiya almayıblar, yerli bələdiyyədən onlara kompensasiya haqqda söz verilsə də əhali buna nail olmayıb. Ümumiyyətlə, azərbaycanlıların sıx yaşadığı regionlarda özbaşınalıq, kriminal, diskriminassiya halları baş alıb gedir, cinayyətlərin qarşısı alınmır, bolgədə hüquq-mühafizə orqanları, prokuratura, məhkəmə yox dərəcəsindədir.
Neytral.ge xəbər portalı olaraq, hər zaman həqiqəti dilə gətirməyi, bölgədə və bütün Gürcüstanda olan problemləri, problemlərin həlli üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bildiririk. Xalqımızdan isə yeganə xahişimiz – Neytral.ge azad və müstəqil xəbər portalımıza dəstək olmağınızdır.