RSF: ABŞ-ın axtardığı rus təbliğatçısı seçkilər zamanı Gürcüstanda olub

“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq təşkilatının məlumatına görə, oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı ABŞ tərəfindən axtarışda olan, Vaqnerin qruplaşmasına yaxın olan rusiyalı təbliğatçı Aleksandr Malkeviç Gürcüstanda olub.

Aleksandr Malkeviç Vaqner Qrupunun yaradıcısı Yevgeni Priqojinin yaxın adamıdır.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Malkeviç Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın Ukrayna ərazilərini işğal etməsi barədə Kremlin povestini “azadlıq” kimi yayan və əhalini Rusiya silahlı qüvvələrinə qoşulmağa çağıran təbliğat mediası yaradıb. 

ABŞ Dövlət Departamenti Malkeviçin yeri barədə məlumat verənə 10 milyon dollar mükafat təklif edib. O, seçkinin nəticələrinə müdaxilədə ittiham olunur.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Şəxsiyyət vəsiqələri üçün 1000 lari…

Növbəti Məqalə

Qirçi: Ümumi seçkilər yenidən, bu dəfə gizli keçirilməlidir

Oxşar Xəbərlər