Rumıniyada daşqınlar nəticəsində həlak olanlar da var

Rumıniyada daşqınlar nəticəsində 5 min yaşayış evi zərər çəkib, 4 nəfər isə həlak olub

Neytral.ge bildirir ki, Rumıniyada daşqınlar nəticəsində azı 4 nəfər həyatını itirib – Reuters xəbər verir.

Nəşrin məlumatına görə, çayların səviyyəsinin artması ilə əlaqədar Mərkəzi və Şərqi Avropanın böyük hissələri qaçılmaz təhlükə zonası hesab olunur.

Sentyabrın 14-də daşqınlar Rumıniyanın 8 rayonuna ziyan vurub.

Qalatı rayonu daşqından ciddi zərər çəkib – ölkənin fövqəladə hallar idarəsi xidmətinin məlumatına görə, Qalatı rayonunda daşqın nəticəsində azı 4 nəfər həyatını itirib;  Həmçinin 5 minə yaxın ev dağılıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukrayna 103 əsgərini geri qaytarıb

Növbəti Məqalə

Saakaşvilinin vəziyyəti pisləşib

Oxşar Xəbərlər