Rusiyanın Saratov vilayətinin Engels şəhərində neft terminalında beşinci gündür yanğın davam edir.
Saratov vilayəti administrasiyasının verdiyi məlumata görə, “yanacaqların nəzarət altında yandırılması” davam edir.
Neft terminalında yanğın 5 gün əvvəl Ukraynanın pilotsuz təyyarə hücumundan sonra başlayıb.
İki xilasedici yanğını söndürərkən həlak olub.