Rusiya haqqında bir kəlmə də olsun demədi – İrakli Kobaxidze BMT-də çıxışı zamanı işğalçının kim olması barədə bir kəlmə də danışmadı.
İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında işğalçı ölkənin – Rusiyanın adını çəkməsə də, ölkənin 20%-nin işğal altında olduğunu bildirib.
„Ərazimizin 20%-i qeyri-qanuni işğal altında olsa da, biz irəliləməkdə, böyüməkdə və uşaqlarımızın daha yaxşı, daha güclü və daha ləyaqətli Gürcüstanda yaşaması üçün çalışmaqda davam edirik…
Fürsətdən istifadə edərək, Abxaziya və Tsxinvali bölgəsindəki işğal xəttinin o tayındakı xalqımıza müraciət etmək istərdim. Bizim bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır və bir gün biz və övladlarımız xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilərik. İşğal xəttinin bu tərəfində biz sizi həmişə qucaq açıb qarşılayacağıq. Ölkəmizdəki hər bir sınmış körpünü yenidən tikməliyik,” – deyə baş nazir bildirib.