Vladimir Putin qeyri-strateji nüvə silahlarından istifadəyə hazırlığın artırılması üçün hərbi təlimlərə hazırlığın başlanmasına göstəriş verib. Rusiya mətbuatı bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlığının artırılması məqsədilə Baş Qərargah təlimlərin keçirilməsinə hazırlıq işlərinə başlayıb”. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin Cənub Hərbi Dairəsinin raket birləşmələri və hərbi-dəniz qüvvələrinin iştirakı ilə keçiriləcəyi məlum deyil.