Son illər Rusiya qonşularına qarşı daha aqressivləşib – biz bunu Gürcüstanda seçki prosesini qeyri-sabitləşdirməklə, bülletenləri qutulara atmaqla gördük – bunu Fransa prezidenti Emmanuel Makron fransalı diplomatlarla görüşündə bəyan edib.
Onun sözlərinə görə, Rusiya təcavüzün xarakterini dəyişib və daha sərtləşib.
“Son illər Rusiya aqressiyasını gücləndirib və avropalılara və dünyanın digər ölkələrinə qarşı təcavüzünün xarakterini dəyişib. Nüvə doktrinası nöqteyi-nəzərindən Rusiyanın davranışı köklü dəyişikliyə məruz qalıb, daha da sərtləşib, qonşularına münasibəti də xeyli aqressivləşib. Biz bunu Rusiyanın birdən-birə Azərbaycanın müttəfiqinə çevrildiyi Ermənistanda yalnız ermənilərin buna qarşı durduğuna görə gördük. Həm də Gürcüstanda seçki prosesini qeyri-sabitləşdirməklə, bülletenləri qutulara doldurmaqla. Moldovada da belə cəhd etdilər, amma alınmadı. Prezident Maya Sandunun cəsarətini və gücünü tərifləmək istəyirəm. Rusiyanın Aİ üzvü olan ölkədə seçki prosesini manipulyasiya etməkdən yayınmadığı Rumıniya haqqında da danışa bilərəm”, – Emmanuel Makron bildirib.