“Rusiyanın elan etdiyi raket təlimləri Fransa prezidenti Emmanuel Makron, Britaniya və ABŞ nümayəndələrinin Ukraynaya hərbi personal göndərmək niyyəti ilə bağlı bəyanatları ilə bağlıdır”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyir ki, dünya liderləri Şimali Atlantika Alyansının qoşunlarını Rusiya hərbçiləri ilə üz-üzə qoymaq istəyirlər.
„Məndən soruşsanız ki, söhbət Qərb nümayəndələrinin hansı açıqlamalarından gedir, aydın olur ki, söhbət cənab Makron və Britaniya nümayəndələrinin bəyanatından gedir. Bildiyiniz kimi, onlara ABŞ Senatının nümayəndəsi də qoşulmuşdu, o, səhv etmirəmsə, Ukraynaya silahlı kontingent göndərmək hazırlığından və hətta niyyətindən danışmışdı.
Bu, gərginliyin eskalasiyasının tamamilə yeni raundudur, misilsizdir və təbii ki, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir”, – deyə Peskov əlavə edib.
Vladimir Putin qeyri-strateji nüvə silahlarından istifadəyə hazırlığın artırılması üçün hərbi təlimlərə hazırlığın başlanmasına göstəriş verib.