Moskvada 39 yaşlı kişi həyat yoldaşını və 2 yaşlı övladını 16-cı mərtəbənin pəncərəsindən atıb.
Neytral.ge xəbər verir ki, bu barədə Rusiya mətuatı məlumat yayıb.
Məlumata görə, kişi evinin pəncərəsindən əvvəlcə həyat yoldaşını, daha sonra isə 2 yaşlı övladını atıb, daha sonra pəncərədən müxtəlif əşyalar atmağa başlayıb. Kişinin həyat yoldaşı və azyaşlı övladı yerindəcə dünyasını dəyişib.
Rusiya polisinin qatili artıq yaxaladığı bildirilir.
Bütün müvafiq xidmətlər hadisə yerinə səfərbər edilib, araşdırmalar davam etdirilir.