Yanvarın 26-na keçən gecə Rusiyanın Ryazan vilayətində yerli neft emalı zavodu pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb və Rusiya tərəfi 8 pilotsuz uçan aparatı vurmağa nail olub.
Bu barədə ilkin olaraq Rusiyanın Telegram kanallarında məlumat yayılıb. Ryazan vilayətinin qubernatoru Pavel Malkov da hadisəyə münasibət bildirib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hücum yerli vaxtla gecə saat 1 radələrində, Dyatkovo kəndi yaxınlığında baş verib. Yerli sakinlərin sözlərinə görə, ümumilikdə on partlayış səsi eşidilib. İnternetdə neft emalı zavodunda baş verən partlayış və yanğın anını əks etdirən videolar yayılıb.