Rusiyanın Marseldəki konsulluğu yaxınlığında partlayış olub

Fransanın Marsel şəhərində Rusiya konsulluğunun yaxınlığında partlayış olub. 

Fransa daxili işlər nazirinin sözlərinə görə, naməlum şəxs konsulluq binasının divarına plastik butulkalar atıb, onlardan biri partlayıb. 

Partlayış nəticəsində nə konsulluğun əməkdaşları, nə də Rusiya konsulunun özü də daxil olmaqla, heç kim xəsarət almayıb. 

Əldə olan məlumata görə, hücum edən şəxs hadisə yerindən qaçıb. Fransanın müvafiq orqanları hələlik şübhəli şəxs və onun motivi barədə məlumat yaymayıb. 

Kreml hadisəyə reaksiya verib. 

Kremlin sözçüsü Dmitri Peskov, Marseldəki insidentdən sonra Rusiya konsulluqlarında “hər bir təhlükəsizlik tədbirinin” gücləndirilməsinin “lazım olduğunu” söylədi. 

“Diplomatik qurumlar bütün lazımi tədbirləri görürlər ki, ev sahibi ölkə hər cür təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətinə diqqət yetirsin”. 

Partlayışın hansı ziyana səbəb olduğu hələlik məlum deyil. 

Rusiya hökumət-təbliğat mediasının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi insidentdə “terror aktı” əlamətlərinin olduğunu bəyan edib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, “[Fransadan] həm istintaqda, həm də Rusiyanın xarici nümayəndəliklərinin təhlükəsizliyini gücləndirmək üçün atılan addımlarda sürətli və hərtərəfli tədbirlər görməsini tələb edirik”. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Saakaşvili: Davam edin, Hillari Klintonun Red Bull-una görə məni ömürlük həbsə məhkum edin

Növbəti Məqalə

Daxili İşlər Nazirliyi: Qoridə iki nəfəri adam öldürməyə cəhd ittihamı ilə həbs etdik

Oxşar Xəbərlər