Belarus tarixdə ilk dəfə olaraq öz ərazisində rus pilotsuz təyyarəsini vurub
Neytral.ge xəbər verir ki, Avqustun 29-da Belarus tarixdə ilk dəfə olaraq öz ərazisində Rusiyanın kamikadze pilotsuz təyyarəsini vurub. Bu barədə Ukrayna və Belarus Telegram kanalları məlumat yayıb.
Məlumata görə, avqustun 29-da gecə saatlarında Rusiyanın Ukrayna bölgələri istiqamətində atdığı “Şahed” tipli kamikadze pilotsuz təyyarələrdən biri Belarusun hava məkanını zəbt edib və xüsusilə Yelsk vilayətinə uçub.
Pilotsuz təyyarə 20 dəqiqəlik təqibdən sonra Belarus Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Məlumat üçün bildirək ki, Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfədir ki, öz ərazisində əsl hərbi hədəfi – Rusiyanın „Şahed” tipli kamikadze pilotsuz təyyarəsini vurur.